Fransada meşə yanğınları yenidən güclənir: 220 mindən çox insan təxliyə edilibbackend

Fransada meşə yanğınları yenidən güclənir: 220 mindən çox insan təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın cənub-qərbində yerləşən Jironda (Gironde) departamentində günlərdir davam edən meşə yanğınları yeni ərazilərdə yenidən alovlanıb.

Editor.az xəbər verir ki, ölkədə qarşıdakı günlərdə havanın temperaturunun 40 dərəcəyədək yüksələcəyi gözlənilir ki, bu da yanğınların söndürülməsini daha da çətinləşdirə bilər.

Jironda departamentinin prefekti Sofi Brokas bildirib ki, daha əvvəl yanğından zərər çəkmiş 14 ayrı ərazidə çərşənbə axşamı yenidən alovlanma qeydə alınıb.

“Təhlükə hələ sovuşmayıb”, – deyə prefekt vurğulayıb.

Milli Yanğınsöndürənlər Federasiyasının nümayəndəsi Erik Brokardi isə Bordo şəhəri ilə Atlantik okeanı sahilləri arasındakı geniş ərazidə yanğınların nəzarətə alınması üçün təxminən 2 min yanğınsöndürənin fasiləsiz çalışdığını bildirib. Onun sözlərinə görə, son həftələr ərzində Fransada meşə yanğınları ilə mübarizə zamanı 4 yanğınsöndürən həyatını itirib.

 

//Gülnarə Abasova, Editor.az