Salyanda kişi ov tüfəngi ilə vuruldu – Keçmiş qayınatası saxlanıldıbackend

Salyanda kişi ov tüfəngi ilə vuruldu – Keçmiş qayınatası saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.

Editor.az  “Report”a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Famil Lətifov yaşadığı evin həyətində odlu silahla qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə F.Lətifovu güllələməkdə şübhəli bilinən keçmiş qayınatası – 1966-cı il təvəllüdlü Natiq Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb. N.Sadıqovun hadisə vaxtı vaxtı sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.