Tramp və Netanyahu arasında görüş müsbət atmosferdə keçibbackend

Tramp və Netanyahu arasında görüş müsbət atmosferdə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüş müsbət və konstruktiv atmosferdə baş tutub.

Görüşün təfərrüatları ilə tanış olan yüksəkvəzifəli mənbə bildirib ki, liderlər arasında “əla kimya” müşahidə olunub. Mənbənin sözlərinə görə, tərəflər açıq və səmimi dialoq aparıb, müzakirələr qarşılıqlı anlaşma şəraitində keçib.

Qeyd olunur ki, görüş zamanı regional təhlükəsizlik, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

//Samir Qurbanov, Editor.az