ABŞ Senatında demokrat və respublikaçı senatorlardan ibarət ikipartiyalı qrup Rusiya və İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi üzrə razılığa gəlib.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, ABŞ prezidenti Donald Trampa Rusiyanın enerji daşıyıcılarının əsas alıcılarına qarşı əlavə məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verəcək. Sənəd həmçinin İrana qarşı sanksiyaların genişləndirilməsini də nəzərdə tutur.
Bloomberg-in məlumatına görə, təşəbbüsün əsas məqsədi Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq və eyni zamanda İrana iqtisadi təzyiqləri gücləndirməkdir. Qanun layihəsinin yaxın vaxtlarda Senatda səsverməyə çıxarılması gözlənilir.
//Samir Qurbanov, Editor.az

