Keçmiş ikiqat mütləq ağır çəki dünya çempionu Aleksandr Usik peşəkar boks karyerasını başa vurmazdan əvvəl cəmi bir döyüş keçirəcəyini təsdiqləyib.
BBC Sport-a müsahibəsində ukraynalı boksçu bildirib ki, növbəti qarşılaşma onun peşəkar rinqdə son çıxışı olacaq.
“Yalnız bir döyüşüm qalıb. Üç və ya beş yox, cəmi bir. Bundan sonra hər kəsə təşəkkür edib karyeramı başa vuracağam”, – deyə Usik vurğulayıb.
Daha əvvəl yayılan məlumatlarda Usikin son rəqibi kimi sabiq dünya çempionu Deontey Uaylderin adı hallansa da, bu döyüşlə bağlı hələlik rəsmi razılıq əldə olunmayıb.
//Samir Qurbanov, Editor.az

