Medvedev: Rusiyada yeni səfərbərliyə ehtiyac yoxdurbackend

Medvedev: Rusiyada yeni səfərbərliyə ehtiyac yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətə olan tələbatı tam şəkildə ödənilir və Rusiyada yeni səfərbərliyə hazırlıq barədə yayılan məlumatlar “yalan və təxribatdır”.

Medvedev bu fikirləri Təhlükəsizlik Şurasının Silahlı Qüvvələrin müqaviləli hərbi qulluqçularla komplektləşdirilməsi üzrə idarələrarası komissiyasının iclasında səsləndirib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayı ərzində təxminən 200 min nəfər Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlayıb və bu səbəbdən əlavə səfərbərliyə ehtiyac yoxdur.

//Samir Qurbanov, Editor.az