Yaponiyada güclü zəlzələ: 50-dən çox insan xəsarət alıbbackend

Yaponiyada güclü zəlzələ: 50-dən çox insan xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Kyuşu adasında baş verən güclü zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb.

Editor.az xəbər verir ki, bu barədə NHK telekanalı xəbər yayıb.

Məlumata görə, zəlzələ bir sıra dağıntılara və infrastruktura ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində yanğınlar baş verib, yollar və körpülər zədələnib, bəzi binalar uçub, həmçinin elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Zəlzələ iyulun 28-də Kyuşu adasında qeydə alınıb və 7,1 maqnitudada olub. Hadisədən sonra Ariake körfəzi və Yatsuşiro dənizi sahilləri üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Yaponiyada son dövrlərdə də güclü yeraltı təkanlar qeydə alınıb. İyunun sonunda ölkənin şimal-şərqində, İvate prefekturasının sahillərindən Sakit okeanın şərq istiqamətində 6,9 maqnitudalı zəlzələ baş verib.

Həmin zəlzələdən sonra Aomori prefekturasında yerləşən “Hiqaşidori” atom elektrik stansiyasında yoxlamalara başlanılıb. Bundan əvvəl isə Yaponiyada baş verən zəlzələ səbəbindən 100-dən çox məktəbin fəaliyyəti dayandırılmışdı.

//Gülnarə Abasova, Editor.az