Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trump arasında Ağ Evdə mətbuatın iştirakı olmadan qapalı görüş baş tutub.
Zelenskinin verdiyi məlumata görə, tərəflər Ukraynadakı müharibə, təhlükəsizlik məsələləri və ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Ukrayna lideri görüşün ilk təfərrüatlarını öz
Telegram kanalında paylaşıb və danışıqları mühüm adlandırıb. Daha ətraflı məlumatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
//Samir Qurbanov, Editor.az

