Ukrayna ilin sonunadək Avropa İttifaqından (Aİ) 10 milyard avro həcmində maliyyə dəstəyi əldə etmək üçün 25 islahatı həyata keçirməlidir.
Editor.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” qəzeti Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən islahatlar Aİ-nin maliyyə yardım proqramı çərçivəsində müəyyən edilmiş öhdəliklərin bir hissəsidir. Rəsmi Kiyev ilin sonuna qədər bütün tələbləri yerinə yetirərsə, 10 milyard avroluq növbəti maliyyə tranşını əldə edə biləcək.
Qeyd olunur ki, islahatlar dövlət idarəçiliyi, məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə və digər mühüm sahələri əhatə edir. Bu öhdəliklərin vaxtında icrası Ukraynanın Aİ-dən maliyyə dəstəyi alması üçün əsas şərtlərdən biri hesab olunur.
//Samir Qurbanov, Editor.az

