FT: Zelenski Mixail Fyodorova yeni vəzifə təklif edib, o isə Müdafiə Nazirliyinə qayıtmaq istəyirbackend

FT: Zelenski Mixail Fyodorova yeni vəzifə təklif edib, o isə Müdafiə Nazirliyinə qayıtmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski sabiq müdafiə naziri Mixail Fyodorova geniş səlahiyyətlərə malik yeni vəzifə təklif edib. Lakin Fyodorov yalnız yenidən Müdafiə Nazirliyində fəaliyyət göstərmək niyyətindədir.

Editor.az xəbər verir ki, bu barədə Financial Times nəşri vəziyyətlə tanış olan yüksəkvəzifəli Ukrayna rəsmilərinə və digər mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Zelenskinin təklif etdiyi vəzifə dövlət idarəçiliyində mühüm səlahiyyətləri əhatə etsə də, Fyodorovun əsas məqsədi əvvəlki fəaliyyətini Müdafiə Nazirliyində davam etdirməkdir.

Hələlik nə Ukrayna Prezident Administrasiyası, nə də Mixail Fyodorovun özü məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az