Zelenskinin cəbhəyə zənglərinin pərdəarxası səbəbi açıqlanıbbackend

Zelenskinin cəbhəyə zənglərinin pərdəarxası səbəbi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenskinin son günlər cəbhə xəttində döyüşən hərbçilərlə telefon əlaqəsi saxladığı bildirilir.

Editor.az xəbər verir ki, “Ukrainska Pravda” nəşrinin yaydığı məlumata görə, bu zənglərin əsas məqsədi ölkədə yaranan ictimai gərginliyi azaltmaq və ordudakı real vəziyyətlə bağlı birbaşa məlumat almaq olub.

Nəşrin iddiasına əsasən, Zelenski hərbi rəhbərliklə bir sıra qapalı görüşlər və videokonfranslar keçirib. Bildirilir ki, yaxın günlərdə Silahlı Qüvvələrin rəhbərliyi ilə bağlı mühüm qərarların müzakirə olunacağı toplantı da planlaşdırılır.
Qeyd edək ki, Ukrayna hakimiyyəti bu məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az