İngiltərə futbolunun əfsanəsi Kevin Kiqan vəfat edibbackend

İngiltərə futbolunun əfsanəsi Kevin Kiqan vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə millisinin sabiq kapitanı, ikiqat “Qızıl top” mükafatçısı və dünya futbolunun ən tanınmış simalarından biri olan Kevin Kiqan vəfat edib.

75 yaşında dünyasını dəyişən əfsanəvi futbolçu uzun sürən xəstəlikdən sonra həyatını itirib. Ailəsinin yaydığı açıqlamaya görə, Kiqan son anlarında həyat yoldaşı və qızlarının əhatəsində olub.

Kevin Kiqan futbolçu karyerası ərzində “Liverpul”, “Hamburq”, “Sauthempton” və “Nyukasl Yunayted” klublarının formasını geyinib. O, 1978 və 1979-cu illərdə ardıcıl iki dəfə “Qızıl top” mükafatına layiq görülərək Avropa futbolunun ən yaxşı oyunçusu seçilib.

İngiltərə millisinin heyətində 63 oyuna çıxan Kiqan uzun müddət komandanın kapitanı olub. Futbolçu karyerasını başa vurduqdan sonra isə məşqçi kimi fəaliyyət göstərərək “Nyukasl Yunayted”, “Mançester Siti” və İngiltərə milli komandasını çalışdırıb.

Kevin Kiqanın vəfatı dünya futbol ictimaiyyətində böyük üzüntü ilə qarşılanıb. O, həm oyunçu, həm də məşqçi kimi İngiltərə futbol tarixinin ən yaddaqalan simalarından biri hesab olunur.

//Samir Qurbanov, Editor.az