Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Baş komandan general Aleksandr Sırskinin vəzifədən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Qurumun yaydığı bəyanatda bildirilib ki, Sırski vəzifəsini icra etməyə davam edir və onun istefası barədə yayılan iddialar əsassızdır.
Baş Qərargah vətəndaşları yalnız rəsmi mənbələrə etibar etməyə və təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.
//Samir Qurbanov, Editor.az

