İqnat: Rusiya hava zərbələrində yeni və təhlükəli taktikaya keçibbackend

İqnat: Rusiya hava zərbələrində yeni və təhlükəli taktikaya keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Ukraynaya qarşı hava hücumlarını zəiflətmir, əksinə, zərbələrin xarakterini dəyişərək onları müxtəlif tip pilotsuz uçuş aparatları və raketlər arasında bölüşdürür.

Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirib ki, ölkəyə qarşı hücumlar demək olar ki, sutka ərzində fasiləsiz davam edir.

Onun sözlərinə görə, Rusiya müxtəlif növ dron və raketlərdən istifadə etməklə hava hücumlarının intensivliyini qoruyur və bu da Ukraynanın hava hücumundan müdafiə sistemi üçün əlavə çətinliklər yaradır.

//Samir Qurbanov, Editor.az