ABŞ və İran arasında müzakirə olunan yeni mümkün sazişin əsas müddəalarından biri tərəflərin qarşılıqlı olaraq aqressiv və düşmən xarakterli hərəkətlərdən imtina etməsini nəzərdə tutur.
Məlumata görə, təklif olunan razılaşma hər iki ölkənin bir-birinə qarşı hərbi və siyasi gərginliyi artıran addımlardan çəkinməsi, eləcə də qarşılıqlı düşmənçilik fəaliyyətlərinə son qoymasını ehtiva edir.
Bu barədə vəziyyətlə tanış mənbələrə istinadən Al Hadath məlumat yayıb.
Hazırda Vaşinqton və Tehran sözügedən sazişin detalları ilə bağlı rəsmi açıqlama verməyib.

