Tanınmış jurnalist ARB-dən çıxarılırbackend

Tanınmış jurnalist ARB-dən ÇIXARILIR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kriminal” verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb.

Editor.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq.

“Bu qərar sentyabrın əvvəlində, məzuniyyətdən qayıtdıqdan sonra ona bildirilib və səbəb kimi “vəzifə ixtisarı və kanalın strukturunun dəyişdirilməsi” göstərilib. Bu gün də suallarım qalır və onlara cavab gözləyirəm”, – deyə aparıcı qeyd edib.

C.Həmidov hazırda ARB-də fəaliyyətini davam etdirdiyini, çəkilişlərin getdiyini və yeni mövsüm üçün buraxılışların hazırlandığını bildirib.

O, kanalda 20 ilə yaxın fəaliyyət göstərdiyini xatırladaraq, ayrılma qərarının onun üçün ağır olduğunu vurğulayıb.

C.Həmidov həmçinin bundan sonra kanalın kimlər tərəfindən və hansı şəraitdə idarə edildiyi barədə danışacağını bildirib.

Qeyd edək ki, Ceyhun Həmidov uzun illərdir “Kriminal” verilişinin aparıcısı kimi fəaliyyət göstərir.