Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.
Editor.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Mollaoba kəndi ərazisində qeydə alınıb.
Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.
Qəza nəticəsində sürücü Eminağa Həşimov və avtomobildə olan sərnişin Elvin Həşimov dünyasını dəyişib.
