Bakıda şadlıq sarayı 12 milyona satışa çıxarıldıbackend

Bakıda şadlıq sarayı 12 milyona satışa çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Sabunçu rayonunda fəaliyyət göstərən məşhur “İdeal” şadlıq sarayı satılır.

Obyekt üçün 12 milyon manat qiymət qoyulub. Obyekt 20 sotluq geniş ərazidə inşa edilib və ümumi sahəsi 3 000 kvadratmetr təşkil edir.

İkimərtəbəli binadan və böyük zirzəmidən ibarət olan şadlıq sarayında eyni vaxtda qonaq qəbul edə bilən iki müxtəlif zal – 500 nəfərlik əsas və 250 nəfərlik kiçik zal fəaliyyət göstərir.

Təkcə şadlıq sarayı ilə kifayətlənməyən kompleksin ərazisinə çay evi, kafe-restoran və digər köməkçi tikililər də daxildir.

Hazırda tam işlək vəziyyətdə olan obyekt öz daimi müştəri bazasına malikdir və alıcıya hazır, gəlirli biznes kimi təqdim olunur./yenisabah/