İspaniya millisindən dünya çempionatında 60 ilin antirekordubackend

İspaniya millisindən dünya çempionatında 60 ilin antirekordu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya millisinin və “Real Sosyedad” klubunun yarımmüdafiəçisi Mikel Oyarzabal futbol üzrə 2026-cı il dünya çempionatında qeyri-adi antirekorda imza atıb.

Editor.az xəbər verir ki, bu barədə Opta statistik platformasının məlumatına istinadən xəbər verilib.  

Məlumata görə, Oyarzabal qarşılaşmanın ilk 30 dəqiqəsi ərzində topa bir dəfə belə toxunmayan ilk futbolçu olub. Statistik qeydlərin yalnız 1966-cı ildən etibarən aparıldığı vurğulanır və həmin vaxtdan bəri belə hal ilk dəfə qeydə alınıb.  

Antirekord İspaniya ilə Kabo-Verde yığmaları arasında ABŞ-ın Atlanta şəhərində yerləşən Mercedes-Benz Stadium arenasında keçirilən matç zamanı qeydə alınıb. Görüş qolsuz heç-heçə (0:0) başa çatıb.  

Bu nəticədən sonra hər iki komanda H qrupunda hesabına bir xal yazdıraraq turnir cədvəlinin zirvəsinə yüksəlib.  

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Turnirin oyunları ABŞ, Meksika və Kanadada keçirilir.  

//Gülnarə Abasova, Editor.az