İran və ABŞ arasında razılaşmanın əldə olunduğu və yaxın vaxtlarda imzalana biləcəyi barədə xəbərlərin yayılmasından sonra ölkə daxilində bu anlaşmaya qarşı çıxan siyasi qruplar fəallaşıb.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Məlumata görə, tənqidlərin əsas hədəfləri ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən parlament sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və qismən də prezident Məsud Pezeşkian olub.
İran parlamentinin üzvü Əmirhüseyn Sabiti “X” hesabındakı paylaşımında bildirib ki, “tarixdə qalması üçün” Abbas Əraqçinin impiçmenti məsələsinin parlamentin gündəliyinə çıxarılması təşəbbüsü irəli sürüləcək.
Sabiti eyni zamanda parlament sədri Qalibafa müraciət edərək deyib:
“Cənab Qalibaf, biz sizin xeyirxahınızıq, amma kaş ki, belə bir razılaşmaya imza atmayaydınız”.


