Kür çayında batan 21 yaşlı oğlanın MEYİTİ TAPILDIbackend

Kür çayında batan 21 yaşlı oğlanın MEYİTİ TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 12-də Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Təhməz Natiq oğlu Abdullayevin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.