İranın Kirmanşah əyalətində SEPAH-a hücum: Ölü və yaralılar varbackend

İranın Kirmanşah əyalətində SEPAH-a hücum: Ölü və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın qərbindəki Kirmanşah əyalətində həyata keçirilən basqın zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki hərbçisi həyatını itirib, daha iki nəfər isə xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə xəbəri İranın “Mehr” informasiya agentliyi yayımlayıb.

Qeyd olunub ki, insident həftənin birinci günü axşam saatlarında Paveh şəhəri ərazisində qeydə alınıb. Hazırda hücumu gerçəkləşdirən şəxslərin kimliyi və hadisənin digər detalları üzrə araşdırmalar davam etdirilir. SEPAH tərəfindən bu insident terror hücumu kimi dəyərləndirilib.