SON DƏQİQƏ! Hökumət istefa verdi – Bu ölkədəbackend

SON DƏQİQƏ! Hökumət istefa verdi – Bu ölkədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin səlahiyyətlərini dayandırması barədə fərman imzalayıb. Fərman 28 avqust 2026-cı ildə imzalanıb.

qərar yeni seçilmiş Qurultay qarşısında hökumətin səlahiyyətlərini təhvil verməsi ilə əlaqədardır. Qazaxıstan Konstitusiyasının 69-cu maddəsinə əsasən, hökumət yeni seçilmiş Qurultay qarşısında səlahiyyətlərini təhvil verməlidir.

Fərmana əsasən, hazırkı hökumət yeni kabinetin tərkibi təsdiqlənənədək öz vəzifələrini icra etməyə davam edəcək. Yəni hökumətin istefası ölkədə idarəetmənin dayandırılması demək deyil.

Hazırkı hökumət Baş nazir Olcas Bektenovun rəhbərliyi ilə fəaliyyət göstərir. Hökumətin istefası avqustun 23-də keçirilən parlament seçkilərindən sonra gözlənilən proses idi. Tokayev daha əvvəl seçkidən sonra hökumətin istefa verəcəyini, kabinetdə isə əsasən nöqtəvi dəyişikliklərin aparılacağını bildirmişdi.

Qazaxıstanda yeni seçilmiş birpalatalı Qurultayın ilk sessiyası da bu gün Astanada başlayıb.

Musavat.com