Bakıda kamera quraşdıran kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əlabbas Səməndər oğlu Niftalıyevi Ramana qəsəbəsinin ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vurub və o, xəstəxanada ölüb.
Araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.

