İstənilən sahənin mütəxəssisini hazırlayan müəllimlərə də DÖVLƏT QULLUQÇUSU statusu verilməlidir- AÇIQLAMAbackend

İstənilən sahənin mütəxəssisini hazırlayan müəllimlərə də DÖVLƏT QULLUQÇUSU statusu verilməlidir- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda dövlət məktəblərində maaşlar dərs saatına görə hesablanır. Dərs saatı isə müəllimin dərs keçdiyi fənn ilə birbaşa əlaqəlidir. Məsələn, riyaziyyat və ya ingilis dili müəllimi ilə təsvir incəsənət vəya texnologiya müəllimi eyni maaşı almır. Bu səbəbdən müəllimlərin maaşları kimi pensiyaları da bir-birindən fərqlənir. Başa düşüləndir ki pul yaşın hər dövrü üçün ehtiyacdır. Bu fikirlə yola çıxsaq müəllimlərin pensiya yaşında onlar üçün ayrılan pensiyanın da ehtiyaclarını ödəyəcək qədər olması lazımdır. Həm deyirik yaşlı müəllimlər pensiyaya çıxmadıqları üçün gənc müəllim namizədlər üçün vakant yer olmur, həm də pensiyanın məbləği çox az olur. Düşünürəm ki, müəyyən yaşdan sonra yaşlı müəllimlərin yeniliyə açıq olması yox səviyyəsində olur və onlar bildikləri köhnə metodlardan istifadə etməyə çalışırlar ki, bu da təhsilin inkişafını xeyli yavaşladır”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Onun sözlərinə görə pensiya üçün yaş məhdudiyyətinin aradan qaldırılması təhsilin geriləməsi deməkdir:

” Ancaq təklif edərdim ki, az maaşı olan ixtisas müəllimləri üçün müəyyən imkanlar yaradılsın. Çünki bu müəllimlər digər fənn müəllimləri kimi repetitorluqla da məşğul ola bilmirlər. İstənilən sahənin mütəxəssisini hazırlayan müəllimlərə də dövlət qulluqçusu statusu verilsə yaxşı olar. Çünki müəllim, 1-ci sinifdən universitetdən məzun olana kimi övladımızın həm təhsilini, həm də tərbiyəsini etibar etdiyimiz insandır.Bu halda dövlətin verdiyi imtiyazlardan yararlanmaq üçün müəllimlərin də dövlət qulluqçusu kimi qeydə alınması təhsil camiası tərəfindən xoş qarşılanar”.

//Gülnarə Abasova, Editor.az