Azərbaycanla NATO arasında əməkdaşlığın genişləndirilməsi, hərbi hazırlıq və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub. Görüşdə Azərbaycan Ordusunun NATO proqramları çərçivəsində iştirakının nəticələrinə də diqqət yetirilib.
Editor.az-a Azərbaycanın NATO yanında Nümayəndəliyindən verilən məlumata görə, müzakirələr nümayəndəliyin rəhbəri Cəfər Hüseynzadə ilə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, tərəfdaşlıqlar üzrə köməkçisi, səfir Kevin Hamilton arasında baş tutub.
Azərbaycan Ordusunun iştirakı müzakirə edildi
Görüş zamanı Azərbaycanda ilk dəfə birgə təşkil olunan “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü”nün (PCCI-26) üçüncü işçi görüşünün nəticələri nəzərdən keçirilib.
Bununla yanaşı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramına təqdim edilmiş Azərbaycan Ordusu bölmələrinin iştirakı ilə keçirilən birinci səviyyəli özünüqiymətləndirmə təliminin (SEL1) nəticələri barədə fikir mübadiləsi aparılıb.
Təlimin nəticələri və hərbi bölmələrin hazırlıq imkanları tərəflərin diqqət mərkəzində olub.
Tərəfdaşlığın gələcək istiqamətləri nəzərdən keçirildi
Tərəflər Azərbaycan-NATO münasibətlərinin inkişaf perspektivlərini də müzakirə ediblər. “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə müzakirələrin əsas istiqamətini mövcud əməkdaşlığın davam etdirilməsi və gələcək tərəfdaşlıq imkanlarının qiymətləndirilməsi təşkil edib.

