Lukaşenko Bryanskdakı avtobusa dron hücumu ilə bağlı Ukraynanı ittiham etdibackend

Lukaşenko Bryanskdakı avtobusa dron hücumu ilə bağlı Ukraynanı ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus lideri Lukaşenko Rusiyanın Bryansk vilayətində belaruslu uşaq futbol komandasını daşıyan avtobusa edilən dron hücumu ilə bağlı açıqlama verib.

Lukaşenko bildirib ki, ilkin məlumatlara əsasən, avtobusa zərbə endirən pilotsuz uçuş aparatı Ukraynaya məxsus olub. O, hadisəni Belarusu münaqişəyə cəlb etmək cəhdi kimi qiymətləndirərək, insidentin bütün təfərrüatlarının araşdırılmasının vacibliyini vurğulayıb.

Rusiya tərəfinin məlumatına görə, hücum nəticəsində uşaqları müşayiət edən bir qadın həlak olub, bir neçə nəfər, o cümlədən uşaqlar müxtəlif dərəcəli xəsarətlər alıblar. Ukrayna isə ittihamları rədd edərək hadisə ilə əlaqəsinin olmadığını bəyan edib.
Lukaşenko həmçinin qeyd edib ki, Belarusu müharibəyə cəlb etmək cəhdləri regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Hadisə ilə bağlı araşdırmalar davam edir.

//Samir Qurbanov, Editor.az