Macarıstan artıq Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinin irəliləməsinə mane olmayacağını bildirib.
Məlumata görə, Aİ səfirləri Ukrayna və Moldova ilə danışıqların ilk mərhələsinin açılması ilə bağlı yekun mövqelərini bu həftənin sonuna qədər formalaşdıracaqlar. Bunun üçün Ukrayna daxili islahat planlarını təqdim etməli və milli azlıqlarla bağlı məsələlərdə irəliləyiş göstərməlidir.
Diplomatik mənbələrin sözlərinə görə, üzvlük danışıqlarının ilk klasterinin açılması məsələsinə iyunun 15-də Lüksemburqda keçiriləcək hökumətlərarası konfransda baxılması planlaşdırılır.
//Samir Qurbanov, Editor.az


