Müctəba Xamenei müharibənin ilk günündə ayağından yaralanıb, hətta amputasiya ehtimalı nəzərdən keçirilib.
Globalinfo.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bunu İranın Ekspertlər Şurasının (Xobreqan Məclisi) üzvü Əhməd Xatəmi Sircan şəhərinin İnzibati Şurasının üzvləri ilə görüşündə deyib.
“Müharibənin ilk günündəki hücum zamanı o, ayağından yaralanmışdı. Ayağının amputasiya edilməsi ehtimalı da var idi, lakin bu baş vermədi və o, hazırda tam sağlamdır”, – Xatəmi bildirib.


