Müğənni Natavan Həbibi sosial şəbəkə hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb.
Editor.az xəbər verir ki, şəxsi həyatı və özü ilə bağlı paylaşımları çox tez-tez etməyən sənətçinin son görüntüləri diqqət çəkib.
Fotolarda Natavan Həbibinin əvvəlki görünüşündən fərqli olduğu nəzərə çarpıb. Müğənninin xeyli çəki itirdiyi və saçlarını daha qısa kəsdirdiyi görülüb.
Sənətçinin yeni imici sosial şəbəkə istifadəçilərinin də diqqətindən yayınmayıb./milli.az/


