Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandıbackend

Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda güllələnmə hadisəsi olub.

Editor.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Hamarqışlaq kəndində yerləşən fermada baş verib. Əslən Goranboy rayonundan olan, fermada gözətçi işləyən 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açılan atəş nəticəsində ürəyindən güllə yarası alıb.

M.Bayramov təcili olaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.