Kiyev Donetsk istiqamətində “Vivaldi” əməliyyatına start verib
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin şimalında Rusiya qüvvələrinə qarşı yeni hücum əməliyyatına başlayıb.
Ukraynanın III Ordu Korpusunun komandanı Andrey Biletskinin açıqlamasına görə, əməliyyat Slovyansk və Kramatorsk istiqamətində yerləşən strateji müdafiə xəttinə yaxın əraziləri əhatə edir.
Ukrayna tərəfi son əməliyyatlar nəticəsində Rusiya qüvvələrinin bir sıra mövqelərinin sıradan çıxarıldığını, təxminən 75 kvadrat kilometr ərazinin Rusiya hərbi qüvvələrinin sızmasından təmizləndiyini və daha 10 kvadrat kilometr ərazinin geri alındığını bildirir. Həmçinin bir neçə yaşayış məntəqəsinin nəzarətə götürüldüyü açıqlanıb.
Reuters qeyd edir ki, döyüş meydanındakı məlumatların müstəqil şəkildə yoxlanılması, xüsusilə pilotsuz uçuş aparatlarının geniş istifadəsi səbəbindən çətindir. Buna baxmayaraq, Donetsk istiqaməti müharibənin əsas döyüş zonalarından biri olaraq qalır.
//Samir Qurbanov, Editor.az

