ABŞ-da xarici tələbə və jurnalistlərlə bağlı qərar məhkəmədən geri qaytarılıbbackend

ABŞ-da xarici tələbə və jurnalistlərlə bağlı qərar məhkəmədən geri qaytarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ məhkəməsi Tramp administrasiyasının xarici vətəndaşlara tətbiq etmək istədiyi məhdudiyyəti bloklayıb
ABŞ federal məhkəməsi Donald Tramp administrasiyasının xarici tələbələrin və jurnalistlərin ölkədə qalma müddətinə ciddi məhdudiyyətlər qoymaq planını dayandırıb.

Editor.az xəbər verir ki, məhkəmənin qərarı administrasiyanın yeni qaydalarının qüvvəyə minməsinə cəmi bir gün qalmış qəbul edilib. Yeni sistem xarici tələbələr və bəzi media nümayəndələri üçün ABŞ-da qalma statusunun əvvəlki qaydalarla müqayisədə daha məhdud olmasını nəzərdə tuturdu.
Qərar ABŞ-da miqrasiya siyasəti ətrafında davam edən hüquqi mübahisələrin yeni mərhələsi kimi qiymətləndirilir. Tramp administrasiyası immiqrasiya nəzarətinin sərtləşdirilməsini prioritet istiqamətlərdən biri elan edib, lakin bir sıra qərarlar məhkəmələr tərəfindən mübahisələndirilir.

//Samir Qurbanov, Editor.az