Qəzzada dağıntılar altından yüzlərlə meyit çıxarılıbbackend

Qəzzada dağıntılar altından yüzlərlə meyit çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT rəsmisi Qəzzada tapılan cəsədlərlə bağlı araşdırma tələb edir

BMT-nin insan hüquqları üzrə ali komissarı Qəzza zolağında dağıdılmış binaların dağıntıları altından yüzlərlə insan cəsədinin çıxarılmasından narahatlığını ifadə edib.

Editor.az xəbər verir ki, Reuters-in yaydığı məlumata görə, söhbət İsrailin hərbi əməliyyatları nəticəsində dağıdılmış yaşayış və digər obyektlərin dağıntıları altında qalan insanların cəsədlərindən gedir. BMT rəsmisi bəzi hallarda ölüm hallarının və hücumların şəraitinin ayrıca araşdırılmasının vacibliyini vurğulayıb.

Məsələ beynəlxalq hüquq baxımından da diqqət mərkəzindədir. BMT insan hüquqları strukturları mümkün hərbi cinayətlərlə bağlı faktların toplanmasının və hadisələrin müstəqil şəkildə araşdırılmasının vacibliyini bildirirlər.
Qəzzadakı humanitar vəziyyət isə beynəlxalq ictimaiyyətin əsas narahatlıq mövzularından biri olaraq qalır.

//Samir Qurbanov, Editor.az