Almaniya kansleri Fridrix Merts Rusiyanı ölkəsinə qarşı mümkün dron hücumunun planlaşdırılmasında ittiham edib.
Merts Bundestaqdakı çıxışında bildirib ki, Leypsiq/Halle hava limanına qarşı hazırlanan hücumun Rusiyada bir neçə ay ərzində planlaşdırıldığı və birbaşa Almaniyaya qarşı yönəldiyi barədə məlumat əldə edilib.
Editor.az xəbər verir ki, Onun sözlərinə görə, daha böyük dağıntıların və insan tələfatının qarşısının alınması “təsadüf nəticəsində” mümkün olub.
Almaniya hökumətinin açıqlaması Avropada təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb. Berlin son aylarda Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropanın təhlükəsizlik sisteminə yaratdığı riskləri dəfələrlə vurğulayıb.
Moskva isə Almaniyanın ittihamlarını rədd edib.
Rusiyanın xarici işlər naziri bu cür açıqlamaların iki ölkə arasında münasibətlər üçün ciddi nəticələr doğura biləcəyini bildirib.
Hadisə Almaniyada daxili siyasi müzakirələrin də kəskinləşdiyi bir vaxta təsadüf edir. Xüsusilə AfD partiyası hökumətin Ukrayna siyasətini və Rusiyaya münasibətini sərt şəkildə tənqid edir. Merts isə Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib
//Samir Qurbanov, Editor.az

