Ukrayna Taqanroq körfəzinə növbəti dron hücumu təşkil edib.
Musavat.com xəbər verir ki, hücumun nəticələrini Rostov vilayətinin qubernatoru Yuri Slyusar açıqlayıb. Onun sözlərinə görə, Taqanroq körfəzində metanol tankeri də daxil olmaqla dörd gəmiyə pilotsuz təyyarə hücum edib və nəticədə bir dənizçi həlak olub: “Taqanroq körfəzində müxtəlif tipli dörd gəmiyə hücum edilib, onlardan biri metanol tankeridir”.
Qubernatorun verdiyi məlumata görə, hücum nəticəsində texniki gəmidəki bir dənizçi həlak olub və başqa xəsarət alan olmayıb.
Slyusarın sözlərinə görə, gəmilərə müxtəlif ziyan dəyib və “metanolun dağılması və ya sızması təhlükəsi yoxdur: “Hava hücumuna cavab olaraq 15-dən çox PUA məhv edilib. Taqanroq şəhəri, eləcə də Azov və Neklinovski rayonları hücuma məruz qalıb”.
Son günlərdə Ukrayna Azov dənizində Rusiyaya məxsus 50-dək tankerə zərbə endirib.

