Azarov: Ukraynanın NATO-ya qəbul olunması mümkün deyilbackend

Azarov: Ukraynanın NATO-ya qəbul olunması mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ölkənin NATO-ya üzv qəbul ediləcəyini istisna edib.

O bildirib ki, bu, nə bu gün, nə də yaxın on il ərzində baş verməyəcək.

Azarov bu fikirlərini öz Telegram kanalında paylaşaraq vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü hazırkı geosiyasi şəraitdə real görünmür.

Keçmiş baş nazir paylaşımında bu mövqeyini qəti şəkildə ifadə etsə də, bunun onun şəxsi siyasi qiymətləndirməsi olduğunu qeyd etmək lazımdır. NATO və üzv dövlətlər isə Ukraynanın alyansa inteqrasiyası ilə bağlı qərarların konsensus əsasında qəbul ediləcəyini dəfələrlə bəyan ediblər.

//Samir Qurbanov, Editor.az