ŞKTR Prezidentinin tədbirdə halı pisləşdibackend

ŞKTR Prezidentinin tədbirdə halı pisləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tufan Erhürman xəstəxanaya yerləşdirilib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman qəfildən rahatsızlıq keçirərək xəstəxanaya qaldırılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi proqramların birində iştirak edən Tufan Erhürmanın qəfildən halı pisləşib. ŞKTC Prezidentliyindən verilən rəsmi açıqlamaya görə, dövlət başçısı köhnə prezidentlik binasında qatıldığı tədbir zamanı qan təzyiqinin qəfil düşməsi (hipotoniya) səbəbindən narahatlıq keçirib.

Prezident Erhürman dərhal nəzarət məqsədilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya Şöbəsinə yerləşdirilib. Həkimlər onun ümumi vəziyyətinin yaxşı olduğunu, lakin əlavə müayinə və müşahidə prosesinin davam etdiyini bildiriblər.

Screenshot_5.png (319 KB)

Tufan Erhürman kimdir?

Tufan Erhürman 11 sentyabr 1970-ci ildə Lefkoşada anadan olub. Türk Maarif Kollecini bitirdikdən sonra 1988-ci ildə Ankara Universitetinin Hukuk Fakültəsinə daxil olub. Burada bakalavr, magistr və doktorantura təhsili alıb. 2001-ci ildə doktorluq dissertasiyasını müdafiə edən Erhürman, Ankara Universiteti, ODTÜ və Hacettepe Universiteti kimi mötəbər təhsil müəssisələrində dərs deyib, Türkiyə Respublikası Ədliyyə Nazirliyində müvafiq vəzifələrdə çalışıb. Akademik fəaliyyətini daha sonra Kiprdə davam etdirərək dosent elmi adını qazanıb.

Screenshot_6.png (473 KB)

Kipr probleminin həlli prosesində aktiv rol oynayan siyasətçi, 2008-2010-cu illərdə ŞKTC-nin 2-ci Prezidenti Mehmet Ali Talatın danışıqlar heyətində yer alıb. 2013-cü ildə Cümhuriyyətçi Türk Partiyasının (CTP) millət vəkili kimi parlamentə daxil olub, 2016-cı ildə isə partiyanın sədri seçilərək Ana Müxalifət Lideri statusunu qazanıb.

2018-ci ildə qurulan dördlü koalisiya hökumətində ŞKTC-nin Baş naziri vəzifəsini icra edib. Tufan Erhürman 2025-ci ildə keçirilən ŞKTC Prezidenti seçkilərində 62,76% səs toplayaraq ölkənin 6-cı prezidenti seçilib.