Zelenski: Trampla Ankaradakı görüşdə Patriot raket sistemlərinin Ukraynada istehsalı barədə siyasi razılıq əldə olunubbackend

Zelenski: Trampla Ankaradakı görüşdə Patriot raket sistemlərinin Ukraynada istehsalı barədə siyasi razılıq əldə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ankarada ABŞ Prezidenti Donald Trampla keçirilən görüş zamanı tərəflər Patriot zenit-raket komplekslərinin Ukraynada lisenziya əsasında istehsalı ilə bağlı siyasi razılıq əldə ediblər.

Zelenski bu barədə Telegram kanalında paylaşım edərək qeyd edib ki, razılaşma Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımdır. Onun sözlərinə görə, söhbət hələlik siyasi razılaşmadan gedir və layihənin həyata keçirilməsi üçün gələcəkdə texniki və hüquqi prosedurların tamamlanması tələb olunur.

Ukrayna lideri əlavə edib ki, Kiyev və Vaşinqton müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da genişləndirməyə çalışır və bu istiqamətdə danışıqlar davam etdiriləcək.

//Samir Qurbanov, Editor.az