Zelenski: Müharibənin dayandırılması ideyası Putinin ətrafında da dəstək qazanırbackend

Zelenski: Müharibənin dayandırılması ideyası Putinin ətrafında da dəstək qazanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukraynada müharibənin dayandırılması ideyası təkcə Kiyevin beynəlxalq tərəfdaşları tərəfindən deyil, həm də Rusiya Prezidenti Vladimir Putinin ətrafındakı bəzi şəxslər tərəfindən də dəstəklənir.

Zelenski iyulun 10-da yayımlanan axşam videomüraciətində bildirib ki, müharibənin başa çatdırılması ilə bağlı dəstək getdikcə genişlənir. Onun sözlərinə görə, bu yanaşmanı Rusiyanın hakimiyyət çevrələrinə yaxın olan bəzi şəxslər də bölüşür.

Ukrayna lideri əlavə edib ki, Rusiyaya beynəlxalq təzyiqin artırılması və sanksiyaların sərtləşdirilməsi müharibənin başa çatdırılması istiqamətində mühüm rol oynaya bilər. Bununla yanaşı, o, Rusiyanın daxili siyasi dairələrində də müharibənin davam etdirilməsinin məqsədəuyğun olmadığına dair fikirlərin səsləndirildiyini iddia edib.

//Samir Qurbanov, Editor.az