İyulun 10-u axşam saatlarında Rusiya qüvvələri Ukraynanın Odessa vilayətindəki liman infrastrukturuna qanadlı raketlərlə zərbə endirib.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleh Kiperin məlumatına görə, hücum nəticəsində liman ərazisində yanğınlar baş verib.
Yanğınlar xilasedicilər tərəfindən lokallaşdırılıb. Hadisə zamanı bir nəfər həyatını itirib.
Ukraynanın Baş nazirinin müavini və Bərpa naziri Oleksiy Kulebanın sözlərinə görə, həlak olan şəxs vəzifəsini yerinə yetirən doker-mexanik olub. Hücum nəticəsində liman operatorlarına məxsus istehsalat obyektləri, inzibati binalar, işçi otaqları və xüsusi texnika da zədələnib.
//Samir Qurbanov, Editor.az

