Pakistan İran və ABŞ arasında vasitəçi olmağa hazır olduğunu bəyan edibbackend

Pakistan İran və ABŞ arasında vasitəçi olmağa hazır olduğunu bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı İslamabadın İran və ABŞ arasında dialoqun bərpasında vasitəçi rolunu oynamağa hazır olduğunu təsdiqləyib.

Şahbaz Şərif bu barədə sosial şəbəkədə paylaşım edərək bildirib ki, Pakistan regionda gərginliyin azaldılması və mübahisələrin diplomatik yollarla həllini dəstəkləyir.

O, ölkəsinin Tehran və Vaşinqton arasında konstruktiv dialoqun qurulmasına töhfə verməyə hazır olduğunu vurğulayıb.
Baş nazir əlavə edib ki, Pakistan regional sabitliyin qorunmasını prioritet hesab edir və Yaxın Şərqdə sülhün təmin olunmasına yönəlmiş bütün diplomatik təşəbbüsləri dəstəkləyir.

//Samir Qurbanov, Editor.az