Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin tərkibində Uzaqmənzilli Fəaliyyət Komandanlığının yaradılması barədə fərman imzalayıb.
Bu barədə dövlət başçısı axşam videomüraciətində məlumat verib.
Zelenskinin sözlərinə görə, yeni komandanlıq uzaqmənzilli zərbə imkanlarının vahid mərkəzdən idarə olunmasını təmin edəcək. O bildirib ki, bu struktur müxtəlif növ uzaqmənzilli silahların tətbiqini koordinasiya etmək və onların effektivliyini artırmaq məqsədi daşıyır.
Prezident qeyd edib ki, yeni komandanlığın yaradılması Ukrayna ordusunun döyüş imkanlarının gücləndirilməsi və müdafiə potensialının artırılması istiqamətində atılan növbəti addımdır.
//Samir Qurbanov, Editor.az

