Ramiz Mehdiyevlə bağlı daha bir qərar: Adı həmin siyahıdan da çıxarıldıbackend

Ramiz Mehdiyevlə bağlı daha bir qərar: Adı həmin siyahıdan da çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvləri siyahısında adına rast gəlinmir. Prezident Administrasiyasının sabiq rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti akademiyanın üzvləri sırasından çıxarılıb.

Editor.az-ın Ölkə.az-a istinadən verdiyi məlumata görə, AMEA-nın rəsmi siyahısında aparılan dəyişiklikdən sonra Ramiz Mehdiyevin adı artıq yer almır.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin oktyabrın 22-də çıxardığı hökmlə Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun yaşı və səhhətindəki problemlər nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun şəkildə cəzanın şərti tətbiq olunması qərara alınıb.

Məhkəmə qərarında Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimatın göndərilməsi də nəzərdə tutulub. Bundan başqa, onun əmlakının müsadirə edilərək dövlət nəfinə keçirilməsi barədə qərar qəbul olunub.

Bunun ardınca, oktyabrın 28-də AMEA Rəyasət Heyəti Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması ilə bağlı qərar verib. Oktyabrın 30-da keçirilən AMEA Ümumi Yığıncağında məsələ səsverməyə çıxarılıb və qərar təsdiqlənib.

Beləliklə, akademiyanın keçmiş rəhbərinin adı AMEA-nın həqiqi üzvləri siyahısından da silinib.