Arıqlayarkən şirniyyatdan imtina etmək vacib deyil — qidalanma üzrə mütəxəssisbackend

Arıqlayarkən şirniyyatdan imtina etmək vacib deyil — qidalanma üzrə mütəxəssis

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssis sağlam arıqlama zamanı kəsmik, yoqurt və meyvə əsaslı desertlərə üstünlük verməyi tövsiyə edir.

Sağlam şəkildə arıqlamaq istəyən şəxslərin qida rasionundan desertləri tamamilə çıxarmasına ehtiyac yoxdur. Əsas məsələ düzgün məhsullar seçmək və gün ərzində qida maddələri arasında balansı qorumaqdır.

Editor.az xəbər verir ki, bu barədə sağlam arıqlama üzrə Replate platformasının metodoloqu, tibbi qidalanma mütəxəssisi Aleksandr Filimonov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, sağlam arıqlama zamanı şirniyyatlar qadağan deyil. Bunun üçün uyğun reseptlər seçilməli və qidalanma rejiminə diqqət yetirilməlidir.

Filimonov bildirib ki, zülallar, yağlar və liflə zəngin məhsulların karbohidratlarla birlikdə qəbulu onların həzminə və qanda qlükoza səviyyəsinin dəyişməsinə təsir göstərə bilər. Buna görə də desert seçərkən tərkibə xüsusi diqqət yetirmək vacibdir.

Mütəxəssis faydalı alternativlər sırasında kəsmik, meyvə və toxumlar əsasında hazırlanan desertləri qeyd edib.

Onun tövsiyə etdiyi seçimlərə çia toxumlu pudinq, kəsmikdən hazırlanan dondurma, kəsmikli xəmirdən bişirilən vafli və meyvəli yoqurt daxildir.

Filimonovun fikrincə, düzgün seçilmiş desertlər qidalanmanı daha müxtəlif və dadlı edə, eyni zamanda sağlam qidalanma vərdişlərinin formalaşmasına kömək göstərə bilər.

O əlavə edib ki, sərt məhdudiyyətlərə əsaslanan pəhrizlərdən fərqli olaraq, balanslı qidalanma insanın qidadan zövq almasına imkan yaradır və pəhrizə əməl etməyin davamlılığını artıra bilər.

//Gülnarə Abasova, Editor.az