Rusiyalı qadın İrəvanın Zvartnots” hava limanında yoxa çıxıbbackend

Rusiyalı qadın İrəvanın Zvartnots” hava limanında yoxa çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

69 yaşlı rusiyalı qadın Lyudmila Levanova Moskvadan Kişinyova gedərkən “Zvartnots” hava limanında yoxa çıxıb.

Onun demensiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Lyudmila Levanova İrəvana FlyOne reysi ilə gəlib və burada Moldovaya uçuşu üçün müşayiətçilər tərəfindən qarşılanmalı idi. Görüş baş tutmayıb, çünki o, yoxa çıxıb. İtkin düşmüş qadının qohumu sosial media saytında yazıb: “Onu hava limanında müşayiət etməli idilər, amma nəsə səhv gedib.

Ola bilsin ki, şəhərə çıxıb. Bundan sonra izlər itib”. Ailəsi demensiya xəstəliyindən əziyyət çəkən təqaüdçünün terminalda azıb və ya hava limanını tərk edib – deyə qorxur.
Ermənistandakı Rusiya səfirliyi axtarışa qoşulub. Hadisənin səbəbləri müəyyən edilir və kamera qeydləri yoxlanılır.

//Samir Qurbanov, Editor.az