Finlandiyada Afrika donuz taunu ilə bağlı epidemioloji vəziyyət pisləşib. Ölkənin cənub-şərqində, Rusiya sərhədi yaxınlığında xəstəliyə yoluxma hallarının qeydə alındığı bildirilir.
Editor.az xəbər verir ki, “Mash na Moyke” Telegram kanalının məlumatına görə, xəstəliyin yayılması nəticəsində təxminən 100 çöl donuzu karantinə alınıb.
Məlumata əsasən, xəstəliyin ilk halları iyulun sonlarında qeydə alınıb. Finlandiyanın yerli ərzaq idarəsi indiyədək çöl donuzları arasında 36 yoluxma faktını təsdiqləyib.
//Gülnarə Abasova, Editor.az

