PFL-in yüngül çəki üzrə çempionu Usman Nurmagomedov 1 milyon dolların böyük məbləğ olmadığını bildirib.
Nurmagomedov UFC Eurasia-nın YouTube kanalına müsahibəsində ona 1 milyon dollar verilsə, bu vəsaiti necə istifadə edəcəyi ilə bağlı suala cavab verib. Döyüşçü həmin məbləği kifayət qədər kiçik hesab etdiyini söyləyib.
Onun sözlərinə görə, 1 milyon dolları daşınmaz əmlaka yatırmaq sərfəli seçim olmaya bilər.
Nurmagomedov bildirib ki, bu halda kapitalın böyük hissəsi aktivlərdə “dondurula” və gündəlik xərclər üçün vəsait çatışmazlığı yarana bilər.
Döyüşçü belə bir məbləğə kommersiya daşınmaz əmlakı alaraq onu icarəyə verməyi və əldə olunan gəlirlə yaşamağı üstün tutacağını qeyd edib.
Usman Nurmagomedov hazırda PFL-in yüngül çəki üzrə çempionudur. Onun peşəkar MMA karyerasında 22 qələbəsi var və məğlubiyyəti yoxdur.
//Samir Qurbanov, Editor.az

