Macarıstanın baş naziri Peter Madyar Avropa İttifaqının miqrasiya siyasətini tənqid edərək, Brüsselin Budapeştə münasibətinin ədalətsiz olduğunu bildirib.
Macyarın sözlərinə görə, Macarıstan miqrantların ölkə ərazisində yerləşdirilməsi ilə bağlı Aİ-nin tələblərini qəbul etmək niyyətində deyil. O, həmçinin qanunsuz miqrasiyaya qarşı sərt siyasətin davam etdiriləcəyini və ölkənin cənub sərhədindəki hasarın qorunacağını vurğulayıb.
Editor.az xəbər verir ki, baş nazir qeyd edib ki, Macarıstan Aİ-nin miqrantların üzv ölkələr arasında bölüşdürülməsini nəzərdə tutan mexanizmlərinə qarşı çıxır.
Madyarın açıqlamaları Budapeşt ilə Brüssel arasında miqrasiya məsələsi üzrə uzun müddətdir davam edən fikir ayrılıqlarının fonunda səslənib. Macarıstan hökuməti ölkənin sərhədlərinə nəzarətin gücləndirilməsini və qanunsuz miqrasiyanın qarşısının alınmasını prioritet hesab edir.
//Samir Qurbanov, Editor.az

