“Təhsil sahəsində istər müəllim, istərsə də şagird geyimi tədrisin keyfiyyəti üçün mühüm amillərdən biridir. Düşünürəm ki, geyim formaları vahid formada olmalı ancaq siniflər üçün rəng seçimi və dizaynı müxtəlif olmalıdır.Belə ki, ibtidai sinif üçün fərqli rəng, yuxarı sinif şagirdləri üçün isə fərqli rəng və formanın olması daha məqsədə uyğundur”.
Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Təhsil ekspertinin sözlərinə görə, məktəbli formaları ilə bağlı mövzuda təhsil müəssisəsinin rəhbəri valideyn kimi düşünməli, rəhbər kimi qərar verməlidir:
“Tikiş fabrikləri arasında rəqabətin olması geyim formalarının baha qiymətə satılmasının da qarşısını alacaq. Geyimlərin satışını yalnız BTE-ə həvalə etmək düzgün deyil. Valideynlər geyimləri maddi imkanına görə, büdcəsinə uyğun yerdən ala bilməlidir. Bildiyiniz kimi, uşaqlar kiçik yaşlarında daha tez böyüdükləri üçün növbəti illərdə geyimləri qardaş-bacısına və ya ehtiyacı olan birinə də verə bilər”.
//Gülnarə Abasova, Editor.az

